AZ

Krivotsyuk oynadı, komandası...

Cənubi Koreya çempionatında 30-cu turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejon" da növbəti matçını keçirib. 

Sözügedən komanda doğma meydanda "Daequ"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Anton bu matçda start heyətində yer alıb və 90 dəqiqə meydanda qalıb.

Bu qələbədən sonra xallarını 48-ə yüksəldən "Daejon" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Seçilən
8
1
fanat.az

2Mənbələr