AZ

Bu pəhriz dişlərə də XEYİRLİDİR

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Aralıq dənizi pəhrizinin prinsiplərinə riayət etmək diş əti iltihabı riskini azaltmağa kömək edir.

"Cebheinfo.az" xəbər verir ki, bunu London Kral Kollecinin alimləri müəyyən ediblər. Tədqiqatın nəticələri "Journal of Periodontology" (J Periodontology) jurnalında dərc olunub.

Tədqiqatda 200 nəfər iştirak edib. Stomatoloqlar subyektlərin ağız boşluğunun vəziyyətini qiymətləndirib, qan nümunələri götürüb və anketlərdən istifadə edərək onların qidalanması haqqında məlumat toplayıblar. Təhlillər göstərib ki, müntəzəm olaraq tərəvəz, meyvə, paxlalı bitkilər və zeytun yağı qəbul edənlərdə parodontit inkişaf riski daha azdır və iltihab markerlərinin - interleykin-6 və C-reaktiv zülalın səviyyəsi aşağıdır. Əksinə, qırmızı ətə üstünlük verən insanlarda diş əti xəstəlikləri daha tez-tez və daha ağır olur.

Alimlər qeyd ediblər ki, periodontit periodontal toxumaların, o cümlədən sümüklərin atrofiyası ilə müşayiət olunur. Müalicə olmadan xəstəlik dişlərin tökülməsinə səbəb ola bilər.

Müəlliflər vurğulayırlar ki, qida rasionuna bitki mənşəli qidaların və sağlam yağların daxil edilməsi təkcə diş ətinin sağlamlığını yaxşılaşdırmır, həm də orqanizmdə ümumi iltihabı azaldır. Bu səbəbdən də Aralıq dənizi pəhrizi ürək-damar və neyrodegenerativ xəstəliklərin qarşısının alınması faktoru kimi də tanınır.

Alimlər qeyd edirlər ki, əldə edilmiş nəticələr parodontitin qarşısının alınması və müalicəsi üçün yeni perspektivlər açır.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr