AZ

Bakıdakı sıralama turundaYeni rekord

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda yeni rekord qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, çətin hava şəraiti və pilotların səhvləri nəticəsində sessiya dəfələrlə dayandırılıb və ümumilikdə altı dəfə qırmızı bayraq qaldırılıb.

Sürücülərin mübarizəsi təxminən iki saat çəkib.

Beləliklə, Bakıdakı sıralama turu San Paulu (2023) və İmola (2022) sessiyalarındakı beş qırmızı bayrağı geridə qoyaraq "Formula 1"in tarixinə düşüb.

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış bu gün, saat 15:00-da start götürəcək.

Seçilən
4
13
xezerxeber.az

10Mənbələr