AZ

Həkimdən sağlamlıq sirri: Təzyiq və şəkərə qarşı ən sadə vasitə – gəzinti

Piyada gəzinti – hər kəs üçün əlçatan olan sadə, lakin çox faydalı fiziki aktivlik formasıdır.

Tribunainfo.az xəbər verir ki, ümumi praktika həkimi Sergey Dlin bildirib ki, arterial hipertenziya (yüksək təzyiq) və şəkərli diabetdən əziyyət çəkən insanlar üçün gündəlik gəzinti xüsusilə vacibdir.

Onun sözlərinə görə, piyada gəzməyin faydaları çoxşaxəlidir:

idrak qabiliyyətlərini aktivləşdirir,
hormonal tarazlığı normallaşdırır,
sinir və ürək-damar sistemini möhkəmləndirir.
Mütəxəssis vurğulayıb ki, müntəzəm gəzinti hipertoniya xəstələrinin vəziyyətini xeyli yaxşılaşdıra bilər. Hətta belə hallarda dərmanlara olan ehtiyac da azalır.

“Əgər insan yüksək təzyiqdən əziyyət çəkirsə, gündəlik piyada gəzmək orqanizmin təzyiqi sabit saxlamağına kömək edir. Belə xəstələrdə dərmanların dozasını azaltmaq mümkün ola bilər”, – deyə Sergey Dlin Life.ru-ya açıqlamasında bildirib.

Axşam gəzintiləri yuxunu yaxşılaşdırır
Həkim əlavə edib ki, gəzintilər yuxunun keyfiyyətinə də müsbət təsir göstərir. Xüsusilə axşam gəzintiləri beyin fəaliyyətini gücləndirir və melatonin hormonunun ifrazını artırır. Bu hormon isə rahatlamağa və tez yuxuya getməyə şərait yaradır.

“Axşam gəzintiləri yuxunun keyfiyyətini artırır”, – deyə o vurğulayıb.

Diabet xəstələri üçün faydası
Sergey Dlin həmçinin şəkərli diabet xəstələrinə də gündəlik gəzintini tövsiyə edib.

“Piyada gəzmək insulinin miqdarını azaltmağa kömək edir ki, bu da şəkərli diabetdən əziyyət çəkən insanlar üçün son dərəcə vacibdir”, – deyə mütəxəssis qeyd edib.

İmran Kərimli

Seçilən
6
1
tribunainfo.az

2Mənbələr