AZ

5 dəqiqə ərinzdə yuxuya getməyin 6 sirri..

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Yuxuya getmək bəziləri üçün asan, bəziləri üçün isə çətin bir prosesdir. 

Qaynarinfo xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən "Sleep School"un klinik direktoru Dr. Qay Midos "The Telegraph"a açıqlamasında 5 dəqiqə ərzində yuxuya getməyin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, davamlı şəkildə bu qədər tez yuxuya getmək həm yaxşı yuxu səmərəliliyinin, həm də bəzən yuxu çatışmazlığının göstəricisi ola bilər. Sağlam insanda normal olaraq yuxuya getmə müddəti 15-20 dəqiqədir.

Midos və Oksford Universitetinin sirkadiyen neyroelm üzrə professoru Rassell Foster daha tez yuxuya getməyin altı əsas üsulunu açıqlayıb:

1. Səhər gün işığına çıxın – Günün erkən saatlarında təbii işıq görmək bədənin daxili saatını tənzimləyir və axşam yuxunu asanlaşdırır.

2. Saat 16:00-dan sonra mürgüləməyin – Qısa yuxu faydalı olsa da, gecə yuxusunu gecikdirə bilər.

3. Gecəyarısına yaxın idman etməyin – İdman faydalıdır, amma yatmazdan 1-2 saat öncə aparılan məşq yuxuya getməni çətinləşdirir.

4. Yatağınızı nəzərdən keçirin – Keyfiyyətli döşək və yataq dəsti bədənin istiliyini tənzimləyərək yuxunu asanlaşdırır.

5. Gündəlik yuxu rejiminə riayət edin – Hər gün eyni saatda yatmaq və oyanmaq bədəni yuxuya öyrəşdirir. Rahatlaşdırıcı yağlardan, isti duşdan və sakit mühitdən istifadə faydalı ola bilər.

6. Stressi azaltmaq üçün "mindfulness" məşqləri edin – Nəfəs təlimləri, kitab oxumaq və sakit düşünmə texnikaları yuxuya getməni asanlaşdırır.

Mütəxəssislər həmçinin yuxunun sağlamlıq üçün əhəmiyyətinə diqqət çəkirlər. Araşdırmalar göstərir ki, yuxu çatışmazlığı ürək xəstəlikləri, diabet, depressiya və artıq çəki riskini artırır.

Bundan əlavə, mütəxəssislərin məsləhət gördüyü 10-3-2-1-0 qaydası belədir:

* Yatmazdan 10 saat əvvəl kofeindən uzaqlaşın.

* Yatmazdan 3 saat əvvəl qida və spirt qəbulunu dayandırın.

* Yatmazdan 2 saat əvvəl işinizi yekunlaşdırın.

* Yatmazdan 1 saat əvvəl ekranlardan uzaqlaşın.

* Səhərlər oyanarkən alarmın "təxirə salma" düyməsinə basmayın.

Dünyada tanınan "hərbçi üsulu" isə xüsusi nəfəs və əzələ boşaltma texnikaları ilə qısa müddətdə bədəni sakitləşdirərək yuxuya getməyə yardımçı ola bilər, lakin bu metodun təsiri elmi olaraq tam sübut edilməyib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
qaynarinfo.az

1Mənbələr