AZ

Rusiyada daha bir məktəbdə uçqun olub

Rusiyanın Novosibirsk vilayətinin Tatarsk şəhərində 5 saylı orta məktəbin divarı uçub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb.

Xilasedicilərin sözlərinə görə, hadisə ilə bağlı təcili yardım qrupuna yerli vaxtla saat 10:40-da zəng daxil olub. İlkin məlumatlara görə, çökmə zamanı binanın dağılan hissəsində heç kim olmayıb və buna görə də xəsarət alan yoxdur: "Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir, hadisənin baş vermə şəraitinin müəyyən edilməsi və binanın vəziyyətinin qiymətləndirilməsi istiqamətində iş aparılır".

Qeyd edək ki, bu son 24 saat ərzində baş verən ikinci oxşar hadisədir. Dünən Moskvada da oxşar hadisə baş verib. Paytaxtın Znamenskaya küçəsində yerləşən məktəbdə beton plitələr uçub. Nəticədə 2 nəfər ölüb.

Seçilən
20
publika.az

1Mənbələr