AZ

Daşkəsəndə şəhidin anım günü keçirilib

Daşkəsəndə Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid valideynlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin və ziyalıların iştirakı ilə şəhid Turxan İdris oğlu Süleymanovun anım günü keçirilmişdir.

Turxan 2022-ci il sentyabr ayının 13-də Kəlbəcər rayonunda erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olmuşdur. Bu günlərdə şəhidin xatirəsini yad etməyə toplaşanlar onun məzarına gül dəstələri düzmüşlər.   Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək diqqətə çatdırmışdır ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyaraq torpaqlarımızın azadlığını, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Bu döyüşlərdə daşkəsənlilər də fəal iştirak edərək qəhrəmancasına vuruşmuşlar və onlardan  34 nəfəri şəhidlik zirvəsinə ucalmışdır. 

 Cəsur döyüşçü Turxan Süleymanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək mərdlik və igidlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmişdir. Turxan Süleymanov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Şəhidin anım günündə onun   yaxınlarına da söz verilmişdir. Onlar Turxanla bağlı xatirələrini danışmışlar. Şəhidin anası Humay Süleymanova, atası İdris Süleymanov ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr