AZ

Tramp Venesuelaya SƏRT MESAJ VERDİ - “Ölçüsüz qiymət ödəyəcəksiniz”

ABŞ Prezidenti Donald Tramp Venesueladan ABŞ ərazisindən qovulan bütün ölkə vətəndaşlarını "dərhal" geri qəbul etməyi tələb edib.

Publika.az xəbər berir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Biz istəyirik ki, Venesuela dərhal bütün məhbusları və psixiatriya müəssisələrində olan şəxsləri - o cümlədən dünyanın ən ağır ruhi xəstəxanalarından olanları qəbul etsin. Bu insanlar Venesuela rəhbərliyi tərəfindən zorla Amerika Birləşmiş Ştatlarına köçürülüb", - Ağ Ev rəhbəri yazıb.

Tramp əlavə edib ki, Karakas bu tələbi yerinə yetirməsə, "ölçüsüz qiymət ödəyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
1
olaylar.az

2Mənbələr