AZ

Tramp BMT-də 20 xarici liderlə görüşəcəyini açıqladı

BAKI, 21 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 80-ci BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində 20 xarici liderlə görüş planlaşdırdığını açıqlayıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Mən bir çox liderlə, böyük ehtimalla iyirmi nəfər xarici liderlə görüşəcəyəm. Hamı görüşmək istəyir, lakin biz onların bəziləri ilə görüşəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, 80-ci sessiyanın əsas hadisəsi yüksək səviyyəli həftə çərçivəsində keçiriləcək ümumiyyətlə siyasi debatlar olacaq. Bu debatlar 23–27 sentyabr və 29 sentyabr tarixlərində baş tutacaq. Ümumilikdə, bu müddət ərzində 195 nümayəndəliyin çıxış edəcəyi gözlənilir.

Seçilən
34
teleqraf.com

1Mənbələr