AZ

Şəhid Cavid Zülfüqarovun ailəsi onun igidliyindən danışdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəhid Cavid Zülfüqarovun ailəsi Baku TV-yə onun qəhrəmanlığı və xatirələrindən danışıb.
Şəhidin qardaşı Cahangir Zülfüqarov bildirib ki, qardaşı Vətən müharibəsində, 44 günlük döyüşlərdə böyük igidlik göstərib:
"Məzuniyyətə gələndə qardaşım medallarıma baxırdı və deyirdi ki, mən onlardan yaxşı medal alacağam. Mən də Vətən müharibəsinin iştirakçısıyam, 44 günlük müharibədə iştirak etmişəm. Qardaşımla fəxr edirəm".
Şəhidin atası Cavanşir Zülfüqarov onun cəsarəti və döyüşdəki səbrindən danışıb:
"O, həm məktəbdə, həm də həyatda nümunəvi idi. Müxtəlif çətinliklərə baxmayaraq cəsarətli, cürətli idi. Məktəbdə də özünü nümunəvi aparırdı, müəllimlərin və şagirdlərin hörmətini qazanmışdı. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və döyüş bacarığı hər kəs üçün örnəkdir".
Ətraflı süjetdə:
Seçilən
40
oxu.az

1Mənbələr