AZ

Naxçıvanda avtobus dərəyə aşdı

Naxçıvanda avtobus qəzaya düşüb, 15-dən çox sərnişin xəsarət alıb.
ONN media xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 13 sərnişin xəsarət alıb.
Hadisə yerinə Naxçıvan DİN və FHN əməkdaşları cəlb olunub.
***
Qəza nəticəsində avtobusun sürücüsü və 15 sərnişin xəsarət alıb.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına aparılıb.
***
Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.
Bunu jurnalistlərə xəstəxananın həkimi Fuad Rzayev deyib.
Həkim qeyd edib ki, yaralılar təcili yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
***
Naxçıvanda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub.
Siyahını təqdim edirik:
Məhərrəmov Gündüz Şahin oğlu, 1990
Mənsimov Həsən Zaur oğlu, 2013
Əliyeva Arifə Yəhya qızı, 1959
Həsənov Oktay Bayram oğlu, 1983
Məsimova Firuzə Eldar oğlu, 1984
Zeynalova Gülşən Səfər oğlu, 1972
Zeynalov Şamil Tofiq oğlu, 1977
Həsənov Rasim Bayram oğlu, 1988
Sadiqova Gülnarə Abbasqulu qızı, 1967
Həsənov Qasım Vaqif oğlu
İbrahimov Teymur Elsevər, 1988
Rzayeva Mirvari İsrafil oğlu, 1961
Əsgərov Zəminə Əli oğlu, 1973
Budaqov Elmir Yusif oğlu, 1987
Sarıyeva Aidə Süleyman qızı.
Yusif Xadapərəz Əbutalib oğlu
Seçilən
1
1
onn.az

10Mənbələr