AZ

Qətər İsraildən üzr istəməsini gözləyir

ain.az, Unikal.az saytına istinadən bildirir.

Qətər Qəzza zolağında atəşkəs və girov götürmə danışıqlarında vasitəçi rolunu bərpa etmək üçün Dohada HƏMAS liderlərinə edilən son hücuma görə İsraildən açıq üzr istəməsini şərt qoyub.

"Unikal" xəbər verir ki,  bu barədə İsrail mətbuatı məlumat yayıb. 

Mətbuatın yazdığına görə, Qətər məsələnin İsrailin baş naziri Binyamin Netanyahu üçün siyasi baxımdan həssas olduğunu qeyd edərək, üzrxahlığın mətnində müəyyən çeviklik nümayiş etdirməyə hazırdır.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri əks-kəşfiyyatla birlikdə Dohaya hava zərbəsi endirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
unikal.az

3Mənbələr