Yazını böyüt
Yazını kiçilt
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 7 ildir oğurluq cinayətinə görə axtarışda olan şəxsi saxlayıb.
Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilir ki, Sameqrelo-Zemo Svaneti bölgəsində polis 2018-ci ildən axtarışda olan 41 yaşlı kişini saxlayıb.
İstintaqın məlumatına görə, əvvəllər ağır cinayətlərə görə məhkum olunmuş şəxs hazırda oğurluq etdiyinə görə axtarışda olub. Təqsirləndirilən şəxs artıq həbsxanaya aparılıb və o, Gürcüstan məhkəməsinin qiyabi hökmü ilə cəzasını çəkəcək.