AZ

İndi AB-yə qoşulsaq, birliyi məhv edəcəyik - Kuleba

Avropa Birliyinə üzvlük üçün ilk növbədə Qərbi Avropa Ukraynanın, Moldovanın və Qərbi Balkan ölkələrinin AB-yə daxil olmasından sonra Avropa layihəsinə nəzarəti saxlamağın yolunu tapmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Kifayət qədər sadədir: əgər qaydalar indiki kimi qalsa və biz hamımız qoşulsaq, AB mövcud olacaq, amma Qərb qüvvələr balansının dəyişməsinə görə nəzarəti itirəcək.

İkinci şərtə gəlincə, Ukraynanın kənd təsərrüfatı kompleksi məsələsi həll edilməlidir. Çünki hazırda ölkənin bütün aqrar sahəsi Avropa ilə qətiyyən uyğun deyil.

Yəni, əgər biz indiki vəziyyətlə daxil olsaq, sadəcə Avropanın bütün fermerlərini məhv edəcəyik. Bu isə Fransada, Belçikada, Polşada və digər ölkələrdə sosial inqilaba, Avropada isə kollapsa səbəb olacaq. Buna görə də bu iki məsələni həll etmək lazımdır, ondan sonra Ukrayna AB-də olacaq”, – Kuleba vurğulayıb.

Seçilən
6
2
bakivaxti.az

3Mənbələr