AZ

Ülvü Qənizadə yenidən dünya çempionu olub - Foto

Ülvü

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.

Reyting.az
Azərbaycan Güləş Federasiyasına istinadla bildirir ki, bu gün yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.

Ülvü Qənizadə (72 kq) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.

Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.

Bununla da yunan-Roma güləşçilərimizin mundialda medal sayı 3-ə çatıb.

Xatırladaq ki, ötən gün Eldəniz Əzizli (55 kq) dünya üçüncüsü olub.

Seçilən
28
11
reyting.az

10Mənbələr