AZ

"Mançester Yunayted" Premyer Liqa matçında "Çelsi"yə qalib gəlib

İngiltərə Premyer Liqasında V turun növbəti görüşü baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Çelsi"ni sınağa çəkib.

Gərgin keçən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin qollarını Bruno Fernandes (14-cü dəqiqə) və Kazemiro (37), qonaqların qolunu isə Trevoh Çaloba (80) vurub.

"Mançester Yunayted" Premyer Liqa mövsümündə ikinci qələbəsini qazanıb və 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Çelsi" 8 xalla altıncı yerdədir. Növbəti turda "Mançester Yunayted" səfərdə "Brentford"la, "Çelsi" isə "Brayton"u qəbul edəcək. Hər iki qarşılaşma sentyabrın 27-də baş tutacaq.

"Cebheinfo.az" 

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr