AZ

Zaqatalada dağ çaylarına ağır texnikalar cəlb olunub

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Zaqatalanın dağ çaylarında sel sularına qarşı mühafizə işlərinə başlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev məlumat verib.

Baş mühəndis bildirib ki, ətraf əraziləri seldən qorumaq üçün qabaqlayıcı tədbirlər plana uyğun olaraq aparılır. Buna baxmayaraq, yaz və payız aylarında aramsız yağan yağışlar təbii olaraq dağ çaylarında suyun səviyyəsini artırır:

"Mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən çaylar ən təhlükəli çaylar hesab olunur. Talaçay çayı Zaqatala rayonu ərazisindən keçən və dağıdıcı gücə malik olan çaylardan biridir. Hazırda çayda suyun səviyyəsi artıb. Çayın məcrasında idarənin buldozerləri vasitəsi ilə təmizləmə işləri həyata keçirilir. Bundan başqa Katexçayda, Talaçayda, Muxaxçayda, Bəkməzçayda və Qara çayda buldozerlər, ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının tənzimlənməsi işləri 60 km məsafədə həyata keçirilib".

Qeyd edək ki, Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən bu ilin 8 ayı ərzində Talaçay sisteminin sol sahilində Yuxarı Tala kəndinin yaşayış məntəqlərinin mühafizə olunması məqsədilə 30 paqon metr uzunluğunda sahilqoruyucu daş-beton bənd təmir olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
5
sherg.az

6Mənbələr