AZ

Xüsusi Təyinatlı qəhrəman əsgər: "Döyüşdə ac-susuz qaldığımız günlər çox oldu, ruhdan düşdüyümüz bir dəqiqə olmadı"

2001-ci ildə Bakı şəhərində anadan olur...

2007 /2018-ci illərdə Sumqayıt şəhər 37 saylı tam orta məktəbdə orta təhsil alır...

2018-ci ildə Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə qəbul olunur...

2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə yollanır...

Hərbi hissədə XTQ-yə seçim zamanı fərqlənir və xidmətini XTQ sıralarında davam edir...

Xidmət zamanı müxtəlif kurs və təlimlərə qatılır və uğurla keçir...

Vətən mübaribəsinə XTQ əsgəri olaraq qatılan, Cəbrayılın, Füzulinin, Şuşanın azadlığı uğrunda mərdliklə döyüşən Azərbaycan Silahlı Qüvvılərinin əsgəri olmuş, ən gənc Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov!

Qəhrəmanımız Vətən qarşısındakı xidmətlərinə görə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, "Vətən Müharibəsi Qəhrəmanı" medalı və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

Qəhrəmanımızın müharibə ilə bağlı xatirələrindən: "Tərxis olunmağıma 4 gün qalmış müharibə başladı. 27-si saat 17.55-də döyüş başladı. Əvvəlcə istiqamətimiz Kəlbəcər, sonra Cəbrayıl rayonu oldu. Biz Horadizdən səngərlərlə getdik və bizi Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov qarşıladı. Xüsusi Təyinatlıların gəlişinə çox sevindi. Və öz döyüşçülərinə rabitə ilə əmr verdi ki, "Aslanlar gəlir, qarşıayın! ". Biz gedəndə maşında bizimlə rütbəlilər də vardı, bizə hər şeyə hazır olmağımızı deyirdilər. Bu gedişin qayıdışı olmaya bilər deyirdilər. Amma biz qorxmurduq. Deyirdik, nə olar, olar. Biz Cəbrayıla gedəndə minalı sahələrdən keçdik. Sağ-sol düşmən postu idi. Biz döyüş mövqeyində düşmənə təminat aparan maşınları vurub sıradan çıxartdıq. Daha sonra 38 nəfərlə onların bir tabor əsgəri ilə döyüşə girdik və onları pusquya salaraq hamısını məhv etdik. O gündən sonra bizim tağım tanındı və Şuşaya kimi biz döyüşərək getdik. Döyüş başlamadan öncə komandir dedi ki, "söz verirəm ki, bu tağım döyüşdə öz sözünü deyəcək". Haqlı idi. Biz Şuşaya gedib çıxanda 40 nəfərdən 11 nəfər qalmışdıq. Döyüş yoldaşlarımızın hər biri igidliklə döyüşərək, şəhid, qazi oldular. Ac qaldığımız, susuz qaldığımız, hətta, paslı su içdiyimiz günlərimiz çox oldu. Amma ruhdan duşdüyümüz bir dəqiqəmiz olmadı. Döyüş vaxtı bizim tağıma "Amansızlar" adı vermişdilər. Çox cəsarətli, hünərli zabitlərimiz, gizirlərimiz vardı".

Düşmənin 150 nəfərə yaxın canlı qüvvəsini məhv edən qəhrəmanımız polis orqanlarında çalışmaq arzusunda olduğunu bildirir.

İnanıram ki, bundan sonrakı fəaliyyətində də vətənə xidməti şərəflə davam etdirəcək, dövlətin verdiyi yüksək adı doğruldacaqsan vətənin qəhrəman oğlu!

Allah səni və sənin timsalında bütün qəhrəmanlarımızı qorusun!

Sevinc Bəhmənli

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Seçilən
10
turkustan.az

1Mənbələr