AZ

Hava limanında sərnişinin baqajında insan qalıqları tapıldı

ABŞ-ın Florida ştatında yerləşən Tampa beynəlxalq hava limanında sərnişin insan qalıqlarını ölkəyə keçirməyə cəhd edərkən saxlanılıb. Avtosfer.az "Lent.az"a istinadla bildirir ki, gömrük xidməti əməkdaşları kişinin baqajında folqaya bükülmüş bir bağlama aşkar ediblər. Onun içərisində insan kəlləsi və bir neçə sümük olub. Saxlanılan şəxs qalıqların ona dini ayin keçirmək üçün lazım olduğunu bildirib. Sümüklərin yanında həmçinin sərhəddən keçirilməsi qadağan olunan bitkilər də tapılıb. Gömrükçülər insan qalıqlarının insanların sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq onların məhv edilməsinə qərar veriblər. Hüquq-mühafizə orqanları götürülmüş sümüklərin həqiqiliyini müəyyənləşdirmək və onların hansı şəraitdə əldə edildiyini öyrənmək üçün yoxlama aparır. İstintaq davam edir və qaydanı pozan şəxs barəsində cinayət işi açılıb-açılmayacağı məsələsi araşdırılır.

Seçilən
3
1
avtosfer.az

2Mənbələr