“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 5-ci turunda “Sabah”ın qonağı olub.
İdmanxeber.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Bərabər səviyyəli oyun gedirdi. Müdafiə xəttində çox kobud səhv buraxdıq. “Sabah” kimi rəqiblə oyunda bu cür səhv etmək olmaz. Təəssüflər olsun ki, ötən mövsümdəki səhvlər davam edir. Bunları aradan qaldırmağa çalışacağıq.
Yenə də standart vəziyyətlərin üzərində çalışırıq. Daha yaxşısını etməyə səy göstərəcəyik”.