Ağ Ev ABŞ Prezidenti Donald Trampın Suriya lideri Əhməd əş-Şaraa və Ukrayna Prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüşlərini planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Qeyd olunur ki, Tramp həmçinin BMT Baş Katibi Antonio Quterreşlə də ikinci prezidentlik müddətində ilk dəfə görüşə bilər. Hələlik görüşlərin dəqiq tarixləri açıqlanmayıb.
16 sentyabrda ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tramp Zelenski ilə gələn həftə Nyu-Yorkda keçiriləcək BMT-nin 80-ci sessiyasının yüksək səviyyəli həftəsi zamanı görüşə bilər.
19 sentyabrda "CBS News"un Ağ Ev müxbiri Cennifer Ceykobbs məlumat verib ki, Tramp sessiya zamanı Suriya lideri ilə də görüş keçirməyi planlaşdırır.