"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 5-ci turunda "Sabah"a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Bərabər gedən oyunda çox kobud səhv buraxdıq. "Sabah" kimi komanda ilə oyunda bunu etmək olmaz. Təəssüf ki, ötənilki səhvlər təkrarlanmağa başlayır. Düzəltməyə çalışacağıq. İnanıram ki, alınacaq. Hər şey hələ qarşıdadır".