Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Komanda olaraq, istədiklərimizi edə bilmirik. Bir çox şeylərdə futbolçularla ortaq məxrəcə gələ bilmirik".
İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasında "Qəbələ" ilə 0:3 hesablı məğlubiyyətlə bitən matçdan sonra "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.
"Futbolçularla yenə də danışacağıq. Futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmir. Bu da bütün matçlarda məğlubiyyətimizə səbəb olur", - Şükürov bildirib.
Baş məşqçi istefası barədə sualı da cavablandırıb: "İstefaya göndərilməyim realdır. Yəqin ki, sağollaşacağıq".
"Kəpəz" klubu Misli Premyer Liqasında sonuncu yerdədir. Komandanın 0 xalı var.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.