AZ

"Real" Militao və Mbappenin qolları ilə "Espanyol"u məğlub edib - VİDEO

İspaniya La Liqasında 5-ci turun oyunları davam edir.

İdman.biz bildirir ki, çempionatın lideri “Real Madrid” üçüncü yerdəki “Espanyol”u qəbul edib.

Oyunda hesabı 22-ci dəqiədə Militao açıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb.

47-ci dəqiqədə Mbappe hesab arasındakı fərqi artırıb - 2:0.

Görüş bu hesabla da başa çatıb. "Real" 5 oyundan sonra maksimum nəticə göstərərək, 15 xal toplayıb.

İdman.biz

Seçilən
57
1
idman.biz

2Mənbələr