“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 5-ci turu çərçivəsində doğma meydanda "Kəpəz"ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Öncə "Qarabağ"ı "Benfika" üzərindəki tarixi qələbə münasibətilə təbrik edirəm. Bu, ölkə futbolu üçün əhəmiyyətli qalibiyyətdir. Öz komandamı da təbrik edirəm. Çox gərgin və əsəbi oyun oldu. Belə olacağını bilirdik. Dəyişikliklər qələbədə vacib rol oynadı. Bu, bizi sevindirir. Ovusu vacib qollar vurdu. Amma həm də məyus oluruq ki, start heyətində meydana buraxdığmız futbolçu etimadı doğrultmadı. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Hətta oyunda daha yaxşı alındı. Ziya Şəkərxanov Premyer Liqada debüt etdi. Qol da vura bilərdi. O son vaxtlar çox inkişaf edib. Hədəfimiz Premyer Liqada qalmaqdır. Bunun üçün çalışırıq. Bütün rəqiblərə qarşı öz oyunumuzu oynamalıyıq.
Hər iki tərəfdə gərginlik var idi. Çünki oyun iki komanda üçün də vacib idi. Biz yorulmadıq, əksinə rəqibi yorduq. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. Heç bir rəqibdən geri qalmırdıq. Yaxşı oynaya-oynaya qələbə qazanmırdıq deyə futbolçularda gərginlik var idi. Bu da psixoloji məsələdir. Meydanda bir oyun var. Sadəcə futbolçular gəncdir. Heyətin gücləndirilməsinə ehtiyac var. Bununla bağlı iş gedir, transferlər gözlənilir.
Biz "Qarabağ"a böyük hörmətlə yanaşırıq. Mənim fikirmcə, Qurban Qurbanov Avropada ən yaxşı 5 baş məşqçidən biridir. Bunu "Benfika" ilə oyundan əvvəl demişdim. Həmin matç da haqlı olduğumu göstərdi. Onlara qarşı qorxmadan oynayacağıq, qapımızın qarşısında avtobus qurmayacağıq”.