AZ

Xankəndi şəhər günü atəşfəşanlıqla yekunlaşıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Xankəndi şəhər gününün bağlanış mərasimi baş tutub.

APA-nın Xankəndinə ezam olunmuş müxbiri xəbər verir ki, tədbirdə tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Mərasim atəşfəşanlıqla yekunlaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

Xankəndi şəhər günü çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qarabağın zəngin tarixini və təbiətini əks etdirən “Qarabağ – obyektivdən tarixə” adlı fotosərginin açılışı keçirilib.

Aznews.az xəbər verir ki, sərgi Xankəndi şəhərindəki konqres mərkəzində baş tutub.

Seçilən
12
2
aznews.az

10Mənbələr