AZ

Ağ Ev yaxın günlərdə TikTok sazişinin imzalanacağına ümid edir

Tramp administrasiyası TikTok sosial şəbəkəsinin gələcəyi ilə bağlı müqavilənin yaxın günlərdə imzalanacağını gözləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 20-də Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

Onun sözlərinə görə, Amerika tərəfi sövdələşmənin hazır olduğuna 100% əmindir. Ağ Evin mətbuat katibi vurğulayıb ki, indiki mərhələdə yalnız imza qalır. O, həmçinin qeyd edib ki, Trampın komandası artıq çinli həmkarları ilə bunun üzərində işləyir.

Seçilən
19
ucnoqta.az

1Mənbələr