AZ

"Formula 1": "Ferrari" pilotu da Bakıda qəza törətdi - YENİLƏNİB - 3

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza baş verib.

"Cebheinfo.az" xəbər verir ki, "Ferrari" pilotu Şarl Leklerin idarə etdiyi bolid üçüncü sessiyada səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

16:57

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində daha bir pilot uğursuzluqla üzləşib.

"Haas" komandasının sürücüsü Oliver Bermanın bolidində problem aşkarlanıb.

O, sıralama turunun ikinci sessiyanın əvvəlində mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.

16:22

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda növbəti qəza baş verib.

"Report"un məlumatına görə, bu dəfə "Kik-Zauber" komandasının pilotu Niko Hyolkenberqin idarə etditiyi bolid səddə dəyib.

Qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.

16:08

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda qəza baş verib.

"Uilyams" komandasından Aleksander Albon uğursuzluqla üzləşib.

Onun idarə etdiyi bolid səddə dəyib. Qırmızı bayraq qaldırıldıqdan sonra sessiya müvəqqəti dayandırılıb.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.

"Cebheinfo.az" 

Seçilən
17
7
cebheinfo.az

9Mənbələr