ain.az bildirir, Qol.az portalına istinadən.
“Barselona” qış transfer pəncərəsində “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu birdəfəlik almağı planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
Mümkün anlaşmanın məbləği təxminən 20 milyon funt sterlinqə (€23 milyon) başa gələ bilər. Hazırda İngiltərə klubunun qışda oyunçunu buraxmağa razılıq verib-verməyəcəyi məlum deyil.
Bildirilir ki, katalonlar mövsümün sonunda Reşfordu 26 milyon funt-sterlinqə (€29,9 milyon) də ala bilər, amma bu addımı daha aşağı qiymətə – yanvarda reallaşdırmaq istəyirlər. “Barselona” transferi maliyyələşdirmək üçün bəzi oyunçularını satmağı da nəzərdən keçirir.
Kataloniya klubunun ingiltərəli futbolçunun komandaya uyğunlaşmasından çox razı olduğu bildirilir.
Qeyd edək ki, Reşford yayda icarə əsasında "Barselona"ya qoşulub və bu mövsüm 5 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.