AZ

İlham Zəkiyev Avropa çempionu oldu

Gürcüstanın paytaxtı Tbilisidə paracüdo üzrə Avropa çempionatı davam edir.

Demokrat.az xəbər verir ki, Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) turnirdə finala adlamağı bacarıb.

O, əvvəlcə 1/4 finalda moldovalı Oleq Kretula qarşılaşıb və qələbə qazanıb. 

İ.Zəkiyev 1/2 finalda türkiyəli Gökhan Biceri ipponla üstələyib. Beləliklə, Azərbaycan paracüdoçusu finala vəsiə qazanıb.

Finalda həmyerlimiz moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Seçilən
16
6
demokrat.az

10Mənbələr