“Kəpəz” azarkeşləri baş məşqçi Adil Şükürovun istefasını istəyir.
İdmanxeber.az-ın məlumatına görə, fanatlar hazırda davam edən “Qəbələ” görüşündə bu şüarı səsləndirib. Onlar mütəxəssisin istefasını tələb edib.
Xatırladaq ki, ikinci hissəsi oynanan matçda “Kəpəz” 0:3 hesabı ilə geridədi.