AZ

İspaniyalı pilot: Azərbaycan Qran-Prisində podiuma çıxmağı hədəfləmişəm

BAKI, 20 sentyabr. TELEQRAF

"Bu gün əla sıralama turu sessiyası keçirdik, lazımi vaxtda düzgün təkərləri seçdik.

Teleqraf xəbər verir ki, bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunda ikinci olan "Uilyams"ın pilotu Karlos Sayns deyib.

O, sabah keçiriləcək əsas yarışda podiuma çıxmağı hədəflədiyini söyləyib: "Bu il sıralama turlarında yaxşı nəticələr göstərirdim və bu gün sürətli olduğumu sübut etdim. Təəssüf ki, il yarış baxımından ümid etdiyimiz kimi keçmədi. Amma hələ qarşıda bir neçə yarışlar var. Azərbaycan Qran-Prisində podiuma çıxmağı hədəfləmişəm".

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Seçilən
60
teleqraf.com

1Mənbələr