AZ

Gürcüstanda azərbaycanlı yeniyetməyə zorakılıq edən şəxs saxlanıldı

TBİLİSİ, 20 sentyabr. TELEQRAF

Gürcüstanda azərbaycanlı yeniyetməyə zorakılıq etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü M.Q. adlı şəxs saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs Marneulidə şirniyyat evində olarkən mübahisə zəminində mağazanın əməkdaşına fiziki zorakılıq törədib və hadisə yerindən qaçıb. İnsidentdən qısa müddət sonra polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayıblar.

Faktla bağlı yeniyetməyə qarşı zorakılıq faktı ilə bağlı istintaq aparılır. Törədilmiş cinayət əməli 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Yayılan məlumatlara əsasən, Mamuka Qiqani şirniyyat mağazasının Orxan Piriyev adlı əməkdaşına gürcü dilində danışmadığına görə şillə vurub. M.Qiqaninin Marneuli bələdiyyə məclisi sədrinin müavini Riçard Qiqaninin oğlu olduğu bildirilir. Hadisə Gürcüstanın azərbaycanlı icmasında böyük hiddətə səbəb olub.

Seçilən
2
2
teleqraf.com

3Mənbələr