AZ

UEFA gələn həftə İsrail millisini və klublarını turnirlərdən çıxaracaq

ain.az bildirir, Lent az portalına istinadən.

UEFA gələn həftə İsrail yığma komandasını və bu ölkənin klublarını öz himayəsi altında keçirilən turnirlərdən kənarlaşdıra bilər.

Lent.az xəbər verir ki, bu barədə “İsrail Ha-Yom” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, qərarın 23 sentyabr, çərşənbə axşamı qəbul ediləcəyi gözlənilir. 

Bildirilir ki, İsrailin kənarlaşdırılmasında israr edən əsas tərəf Avropa futbolunun əsas sponsorlarından biri olan Qətərdir. Qətər bu mövqeyini sentyabrın əvvəlində İsrail HHQ-nin ölkə ərazisinə endirdiyi hava zərbəsindən sonra daha da sərtləşdirib.

İsraildə narahatdırlar ki, Qəzza sektorunda hərbi əməliyyatların davam etməsi ölkənin bütün idman növlərində beynəlxalq yarışlardan uzunmüddətli kənarlaşdırılmasına gətirib çıxara bilər. 

Mənbənin məlumatına görə, İsrail Futbol Federasiyası və ölkənin Xarici İşlər Nazirliyi 23 sentyabrda keçiriləcək iclasda UEFA rəhbərliyinin yığma və klubların mümkün kənarlaşdırılması məsələsini gündəliyə çıxarmaması üçün maksimum səylər göstərirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
lent.az

1Mənbələr