Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün İngiltərə Premyer Liqasının V turu çərçivəsində 7 oyun keçiriləcək.
İdman.biz xəbər verirki, günün ilk matçı - "Liverpul" - "Everton" qarşılaşması başa çatıb.
Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Enfild” stadionunda baş tutan görüşün 10-cu dəqiqəsində hesabı Rayn Qravenberx açıb. 29-cu dəqiqədə 2-ci qolun müəllifi Yuqo Ekitike olub. Qonaqların yeganə qolunu isə 58-ci dəqiqədə İdris Quye vurub.
“Liverpul” dörd turdan sonra maksimum nəticə (15 xal) ilə 1-ci pillədədir. “Everton” isə 7 xalla 7-ci yerdə qərarlaşıb.
İngiltərə Premyer Liqası
V tur
20 sentyabr
16:30. “Liverpul” – “Everton” - 2:1
18:00. “Brayton” - “Tottenhem”
18:00. “Bernli” – “Nottingem Forest”
18:00. “Vest Hem” – “Kristal Pelas”
18:00. “Vulverhempton” – “Lids”
20:30. “Mançester Yunayted” – “Çelsi”
23:00. “Fulhem” – “Brentford”
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.