AZ

“Real”da cinah seçimi: Vinisius, yoxsa Rodriqo?

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso komandanın hücum xəttində yeni plan həyata keçirir.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, ispan mütəxəssisin strategiyasına əsasən, braziliyalı futbolçular Vinisius Junior və Rodriqo Qoes sol cinahda əsas heyət uğrunda rəqabət aparacaqlar. Onlardan heç birinə start heyətində yer zəmanəti verilməyib. 

Mənbənin məlumatına görə, Rodriqonun vəziyyəti yayda keçirilən Klub Dünya Çempionatından sonra dəyişib. Həmin turnirdə o, 93 dəqiqə meydanda olub və bundan sonra Alonso braziliyalı futbolçuya daha çox etimad göstərərək onu özünə ən uyğun mövqedə oynatmağa başlayıb.

Mövsümün əvvəlindən etibarən Viniçius “Real”ın heyətində 5 oyuna çıxıb, onların ikisində ehtiyatdan meydana daxil olub. Rodriqo isə 3 qarşılaşmada iştirak edib və bunlardan ikisinə start heyətində başlayıb.

Seçilən
23
90deqiqe.az

1Mənbələr