AZ

İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub

İlham

Paracüdo üzrə Avropa çempionatında paralimpiyaçılarımız İlham Zəkiyev (J1, +95 kq) qızıl, Dürsədəf Kərimova (J2, +70 kq) isə gümüş medal qazanıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 8 qat Avropa çempionumuz İlham Zəkiyev 1/4 finalda moldovalı Oleg Cretulu, yarımfinalda türkiyəli Gökhan Biceri və finalda moldovalı İon Basocu ipponla məğlub edərək karyerasında 9-cu dəfə Avropa çempionu tituluna yiyələnib.

Paracüdoçumuz Dürsədəf Kərimova isə dairəvi sistem üzrə keçirilən yarışda ispaniyalı Maria Fernandez, gürcüstanlı İna Kaldani və böyük britaniyalı Kirsten Taylor üzərində ipponla qələbə qazanaraq Avropa çempionatının gümüş medalçısı olub.

Seçilən
3
2
1news.az

5Mənbələr