AZ

Şəhid ailələri və qazilər Azərbaycan Qran-Prisinin fəxri qonaqları oldular

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-Prisinə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri də dəvət olunublar.

90deqiqe.Az-ın məlumatına görə, minlərlə azarkeşin tribunadan izlədiyi yarışda II Qarabağ müharibəsində tarixi zəfəri təmin edən qəhrəman şəhidlərin ailə üzvləri və qazilər fəxri qonaq qismində iştirak ediblər.

Bundan əlavə, bulvar ərazisində təşkil olunan əyləncə zonalarında balaca “Formula 1” həvəskarları üçün müxtəlif tədbirlər keçirilib.

Azərbaycan Qran-Prisi sentyabrın 21-də yekunlaşacaq.

Seçilən
12
90deqiqe.az

1Mənbələr