AZ

Bakıdakı məşhur bazar söküləcək

Tikinti materiallarının satışının həyata keçirildiyi Dərnəgül bazarı söküləcək.

Bu barədə "Qaynarinfo"ya bazarda fəaliyyət göstərən sahibkarlar məlumat verib.

Onlara bildirilib ki, tezliklə bazar söküləcək. Bazarın hara köçürüləcəyi barədə məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün öncə baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

İlkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
30
olaylar.az

10Mənbələr