AZ

Nikol Paşinyan: Ermənistan hökuməti qonşuları ilə sülh və mehriban dostluq münasibətlərini bərqərar etmək üçün səylərini davam etdirəcək  

Ermənistan hökuməti bütün qonşuları ilə sülh və mehriban dostluq münasibətlərini bərqərar etmək üçün xalq tərəfindən formalaşdırılan mesajları həyata keçirməyə davam edəcək, qarşılıqlı ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh və mehriban qonşuluğun davamlı olaraq institusionallaşdırılmasına səy göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayında həmin partiya tərəfindən qəbul olunan bəyannaməni təqdim edərkən söyləyib.

Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məqamların da yer aldığı bəyannamədə deyilir ki, 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində xalqın etimad səsini aldıqdan sonra hökumət referendum yolu ilə Ermənistanın yeni Konstitusiyasının qəbulu prosesinə start verəcək. Bu, 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq, Ermənistanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin və həmin ərazini əhatə edən sərhədlərin həm daxildə, həm də xaricdə toxunulmazlığı konsepsiyasına əsaslanacaq.

Bildirilib ki, bütün bunlar Ermənistanın dövlət maraqlarına, ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, Azərbaycan ilə Ermənistan arasında bərqərar olmuş sülhə əsaslanacaq.

Seçilən
9
3
azerbaijan-news.az

4Mənbələr