Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ilk sessiyası başa çatıb.
Redaktor.az xəbər verir ki, Bakıda keçirilən yürüşün ilkin nəticəsinə əsasən 16-20-ci pilləni tutan pilotlar növbəti sessiyanı buraxacaqlar.
Bununla da Franko Kolapinto ("Alpin"), Niko Hülkenberq ("Zauber"), Esteban Okon ("Haas"), Pyer Qasli ("Alpin"), eləcə də Aleksandr Albon ("Uilyams") ikinci sessiyada iştirak edə bilməyəcəklər.
***
“Formula 1 Azərbaycan Qran-Prisi”ndə sıralama turuna start verilib.
Redaktor.az xəbər verir ki, sıralama turu 16:00-da başlayıb.