AZ

Cəmiyyətdə öz yerini tapa bilməyən gənclər üçün çıxış yolu nədir?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gənclərin “özünü tapmaq” prosesi son vaxtlar daha da çətinləşib.

Çoxları hansı ixtisasın və iş mühitinin onlara uyğun olduğunu seçməkdə tərəddüd edir, seçimlərinə şübhə ilə yanaşır. Bu vəziyyət onların şəxsi inkişafını və özünü reallaşdırma prosesini əngəlləyir.

Bəs gənclərin “özünü tapmaq” prosesi niyə bu qədər çətinləşib?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, gənclərin indiki seçimi onların sonrakı həyatını müəyyənləşdirir:

"Ümumiyyətlə, bizdə gənclərin çoxu öz istədiyi sahəyə getmir, ya böyüklərinin, ya da ölkə reallığının tələb etdiyi ixtisası oxuyur. Nəticədə, onların sonrakı həyatında "özünü tapmaq" prosesi çətinləşir.

Əgər, rəssam olmaq istəyən gənc iqtisadçı olursa, yaxud müəllim olmaq istəməyən gənc balının yetdiyi yerə valideynlərinin təkidi ilə müəllimlik ixtisasını seçirsə, təbii ki, sonrakı həyatında özünü təsdiq etmək və tapmaqla bağlı problemlər yaşayacaq".

Onun sözlərinə görə, bəzən gənclər balının yetdiyi yerə qəbul olaraq məcburən təhsil alır:

"Təəssüf ki, ölkəmizdə bəzi gənclər yalnız oxumaq xatirinə oxuyur, valideynin təkidi ilə ixtisas seçir və ya balının yetdiyi yerə qəbul olaraq məcburən təhsil alır. Bütün bu hallar gənclərin gələcəkdə "özünü tapmaq" probleminə səbəb olur. 

Məsələn, minlərlə gənci görürük ki, müəllimlik ixtisasını bitiriblər, amma müəllim kimi işləmək istəmirlər. Belə gənclər müəllimlik etmək istəməyərək, başqa işlərdə, hətta sadə işlərdə işləməyə üstünlük verirlər".

Sosioloq qeyd edib ki, gənclər bəzən çıxış yolu kimi başqa xarici ölkələrə gedir:

"Əslində, gənclər istəmədən seçdikləri sahəni oxuduqları üçün bu sahədə potensial görmür, səbri və empatiyası inkişaf etmir. Bütün bunlar gənclərin gələcəkdə "özünü tapmaq" prosesinə təsir göstərir. 

Nəticədə, onlar oxuduqları yerdə və cəmiyyətdə özünü tapa bilmir, bir çoxu bu səbəbdən ölkəni tərk edir və başqa ölkələrdə çətin şəraitdə sıfırdan başlayır. Gənclərin özünü tapa bilməməsi isə hər birini fərqli istiqamətlərə yönəldir".

Gülər 

"Cebheinfo.az"

Açar sözlər:

Cəmiyyət gənclər Lalə Mehralı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr