AZ

Fernandu Santuş AFFA dan 3,8 milyon avro tələb edir

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

AFFA Fernandu Santuşla təzminat məsələsində razılığa gəlməyib.

İdman.biz futbolinfo.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ölkəmizdən ayrılarkən anlaşmanın pozulmasına görə açıq qalan məsələlərlə bağlı danışmayıb, hər şeyin vəkili vasitəsi ilə müzakirə ediləcəyini bildirib.

İndi isə bəlli olur ki, Santuş heç bir güzəştə getmək istəmir. O, AFFA-nın onunla müqaviləni pozmaq şəklindən, davranış tərzindən xoşlanmayıb. Bu səbəbdən məşqçi müqavilənin qalan hissəsində nəzərdə tutulan məbləğin tam şəkildə ödənilməsini tələb edir. Qeyri-rəsmi informasiyaya görə, söhbət 3,8 milyon avrodan gedir.

Tərəflər qarşıdakı günlərdə məsələni müzakirə etməlidir. AFFA Santuşdan ciddi güzəşt gözləyir. Portuqaliyalı isə bu fikirdən uzaqdır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
icma.az

2Mənbələr