İsrailin gecə saatlarında Qəzza şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər həyatını itirib.
APA xəbər verir ki, bu barədə "The Times of Israel" Fələstin Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, İsrail ordusu hücumu gücləndirir və fələstinliləri şəhəri tərk etməyə çağırır.