AZ

"Formula 1": "Ferrari" və "Mercedes" pilotları Bakıda azarkeşlərlə görüşüblər - FOTO

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas", "Mercedes", "Ferrari" və "Alpin" komandasının pilotları Bakıda azarkeşlərlə görüşüblər.

İdman.biz "Report"-a istinadən xəbər verir ki, "Fan Forum" Dənizkənarı Bulvarda baş tutub.

Fanatlar pilotlara suallar ünvanlayıblar. Onlardan avtoqraflar alınıb və xatirə şəkilləri ilə yarış həftəsinin həyəcanını əbədiləşdiriblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

İdman.biz

Seçilən
11
3
idman.biz

4Mənbələr