"Mən Formula 1-i çox sevirəm".
Bunu Offsideplus.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Abdullah Zubir deyib.
Bakıda təşkil olunan Formula 1 üzrə Azərbaycan Qran-prisini canlı izləyən futbolçu yarış haqqında fikirlərini bölüşüb: "Belə yarışlar sayəsində Bakıda dünyanın ən güclü pilotlarını görə bilirik. Bu əladır. Həftəsonunu belə keçirmək möhtəşəmdir. Bütün pilotlara uğurlar arzu edirəm".
33 yaşlı fransalı vinger "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi "Kopenhagen"lə görüş barədə fikirlərini bölüşüb: "Kopenhagen" yaxşı komandadır. Bu, böyük oyun olacaq. Çünki "Kopenhagen" güclü rəqibdir. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Çünki öz evimizdə oynayırıq".
Qeyd edək ki, "Qarabağ" Danimarka təmsilçisi ilə oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Oyun saat 20:45-də start götürəcək.