Paşinyan seçkilərdə qalib gələcəyi təqdirdə Azərbaycanla yekun sülh sazişinin imzalanmasına mane olan konstitusiyaya dəyişiklik edəcəyini bəyan edib.
Ölkə.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün lideri olduğu “Vətəndaş Müqaviləsi” Partiyasının qurultayında Dördüncü Ermənistan Respublikasının yaradılması istiqamətində növbəti strateji fəliyyətini açıqlayarkən deyib.
Paşinyan çıxışnda deyib ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərində o, konstitusiya çoxluğu yaratmaq ümidi ilə xalqa müraciət edərək Ermənistanı idarə etmək səlahiyyətlərini daha 5 il müddətinə uzadacaq.
O daha sonra deyib:
“Seçkilərdə xalqdan etimad səsi alaraq, ümumxalq səsverməsi yolu ilə Ermənistan Respublikasının yeni Konstitusiyasının qəbulu prosesinə təşəbbüs göstərəcək.
1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin və onun daxili və xarici sərhədlərin toxunulmazlığı konsepsiyasına əsaslanacaq.
Xalqın bütün qonşularla sülh və mehriban qonşuluq bərqərar etmək mesajını həyata keçirməyə davam edəcək, qarşılıqlı ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında sülh və mehriban qonşuluğun daha da institusionallaşdırılmasına səy göstərəcək”.
Mürtəza
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta