“Milan”ın ingiltərəli yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını yenidən vətənində davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində “Aston Villa”, “Nyukasl Yunayted” və “Vest Hem” maraqlıdır.
Loftus-Çikin meneceri hazırda Premyer Liqa klubları ilə danışıqlar aparır.
Qeyd olunur ki, “Milan” rəhbərliyi oyunçunun transferinə əngəl törətməyəcək.