Ajans.az xəbər verir ki,hadisə rayonun ərazisində baş verib. Belə ki, Goranboy rayon sakini 29 yaşlı F.Ömərova bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadın ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib./unikal.az