“Azəridmanservis” MMC (VÖEN: 1501516911) kotirovka sorğusu elan edib.
FED.az xəbər verir ki, müsabiqə krossover/SUV tipli minik avtomobillərinin satın alınmasına aiddir.
Layihənin ehtimal olunan qiyməti 91 min 638,80 manatdır.
Müsabiqə 18 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 2 oktyabr 2025-ci il saat 17:40-dəkdir. Zərflərin açılışı da həmin tarixdə, saat 17:40-da baş tutacaq.
İştirak haqqı 183,28 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ilə yanaşı, 25 manat istifadə haqqı da ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın baş tutmaması hallarından başqa, ödənilən iştirak və istifadə haqları heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Leyla Şərifova – Dövlət Satınalma üzrə Baş Mütəxəssis
Əlaqə vasitələri: [email protected], +994 12 565 05 55
İddiaçılar təkliflərini 2 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, ünvan daxil edilməyib, təqdim edə bilərlər.
Avtomobillər üçün tələblər:
Ban növü: SUV tipli, 5 qapılı
•Mühərrik: Hibrid sistemli, mühərrik həcmi 1.8 litrdən 2.2 litrədək, mühərrik gücü ən azı 180 at
•Yanacaq növü: Benzin və hibrid
•Ötürücü sistemi: Ön
•Sürətlər qutusu: Avtomatik
•Yerlərin sayı: Azı 5 nəfərlik
•Rəng: Ağ,Qara və ya Boz (asfalt rəngi).
Təchizatçılar yalnız bir seçim üzrə yekun qiymət təklifi təqdim etməlidir. Variantlı (ikili və ya çoxsaylı) təkliflər qəbul edilmir.
•Buraxılış ili: 2025-ci il
•Yürüş: 0 km
•Vəziyyəti: İstismar olunmamış, vurğu və ya rənglənmə izləri olmayan;
•Digər şərtlər:gömrük rəsmiləşməsi tamamlanmış,
DNN nişanları və qeydiyyat olunmalı.
•Əlavə texniki tələblər: Hərəkətə nəzarət funksiyası (Hold rejimi)
•Minimum 4 hava yastığı;
•Elektron idarəetmə paneli;
•ABS və ESP təhlükəsizlik sistemləri;
•Kondisioner sistemi ;
•İşıq sensoru və yağış sensoru;
•Rəqəmsal göstərici paneli; •Avtomobil açarsız işə salma sistemi (Push Start);
•İlkin yardım çantası, qəza dayanma nişanı, ehtiyat təkər,ayaqaltılar, qaldırıcı (domkrat), hava nasosu ilə təchiz edilməlidir;
•Zəmanət: Təchizatçı tərəfindən zəmanət sənədləri təhvil zamanı təqdim oluna bilər.
•Çatdırılma: Maşınlar Bakı stokunda olduqda dərhal, ya da müqavilənin imzalanmasından sonra 15–35 iş günü ərzində (maşınlar ayrı-ayrı tarixlərdə də təhvil verilə bilər);
•İnkoterms-2020 şərtləri Rezident – DDP;
•Risk və məsuliyyət qəbul aktı imzalananadək satıcıya məxsusdur;
•Satış səlahiyyətini təsdiq edən sənəd və/və ya istehsalçının və ya onun rəsmi nümayəndəsinin icazə məktubu və/və ya maşını əldə etmə sənədi.